Naxçıvan Dövlət Universitetində tədris dayandırılıb?

Nahçi-van Dövlət Universitetinə aid tədrisin dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Aqşin Məhərrəmov Oxu.Az-a açıqlamasında bu barədə məlumat verib:
“Tədris prosesinin dayandırılması ilə əlaqədar hər hansı qərar qəbul edilməyib. Hazırda dərslər keçirilir. Tədrisin dayandırılması ilə bağlı yayılan məlumatlar doğru deyil.”
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qabaqlayıcı zərbələr endirməyə başlayıblar. Bundan sonra İran həm İsrailə, həm Yaxın Şərqdə ABŞ bazaları yerləşən ölkələrə raket hücumlarına başlayib.
Azərbaycan dəfələrlə öz ərazisinin İrana qarşı heç bir hərbi əməliyyatda istifadə olunmayacağını açıqlasa da, molla rejimi yenə öz bildiyini edərək, bu gün xaincəsinə Nahçi-vana dron hücumunu gerçəkləşdirib.
Mənbə: https://sonxeber.az/389456/naxcivan-dovlet-universitetinde-tedris-dayandirilib



