Ukrayna banklarında nağd pul problemi: Macarıstanla gərginlik defisitə səbəb oldu

Ukrayna vətəndaşlarının Macarıstanda saxlanılmasından sonra Ukrayna banklarında nağd pul ilə bağlı problemlər yaranıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukraynanın “Strana” nəşri Ukrayna Milli Antikorrupsiya Bürosuna (NABU) istinadən məlumat verib.
“Macarıstanda Ukrayna inkassatorları ilə bağlı insidentdən sonra Ukrayna banklarında nağd valyuta problemləri başlayıb. Bu defisitlə əlaqəli olaraq, Milli Bank bəyan edib ki, kassalardakı ehtiyatların tələbata uyğunluğunu təmin etmək məqsədilə martın 9-da banklarda nağd olmayan valyutanın nağd pulla əvəz edilməsini həyata keçirəcək”, – məlumatda bildirilib.
Xatırladaq ki, ötən gün Macarıstan Milli Vergi və Gömrük İdarəsi (NAV) çirkli pulların yuyulmasında şübhəli bilinən yeddi Ukrayna vətəndaşını saxladığını bəyan edib ki, onların arasında Avstriyadan Ukraynaya 40 milyon dollar, 35 milyon avro və doqquz kiloqram qızıl daşımaqda məsul olan keçmiş Ukrayna kəşfiyyat generalı da olub. Macarıstan Kiyevdən izahat tələb edib. Kiyev insidentlə bağlı Macarıstana nota göndərib. Daha sonra Macarıstan yeddi ukraynalını ölkədən çıxaracağını bildirib və Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukraynanın öz vətəndaşlarını qaytardığını açıqlayıb.



