"Ziyəddinoğlu"nun külli miqdarda borcu var - Admenasi
Sosial

“Ziyəddinoğlu”nun külli miqdarda borcu var

“Ziyəddinoğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə külli miqdarda vergi borcu yaranıb.

Qaynarinfo-nun məlumatına görə, MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 232.433,66 AZN vergi borcu var.

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Dadaşov Eldəniz Dadaş oğludur. Şirkət Bakıda bir sıra pilot layihələrin icrasında iştirak edib və hazırda passiv vergi ödəyiciləri siyahısındadır.

“Ziyəddinoğlu”nun ilk qanuni təmsilçisi Bakı sakini, 1959-cu il təvəllüdlü Quliyev Hüseynbala Ziyəddin oğlu olub. O, Binəqədi rayonu ərazisində yerləşən “Lalə-H” Mənzil Tikinti Kooperativinin rəhbəri vəzifəsində də çalışır.

Mənbə: https://sonxeber.az/385736/ziyeddinoglunun-kulli-miqdarda-borcu-var

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button