Zibil qabına atdığımız şəfa: Kivini qabığı ilə yeməyin faydaları

Səhər yeməyi bağırsaq sisteminin düzgün işləməsini təmin edir və gün ərzində həzm prosesini dəstəkləyir.
Oxu.Az xəbər verir ki, bu barədə “Parade” nəşrinə müsahibəsində gastroenteroloq Rozario Liqresti danışıb. Həkim bildirib ki, səhər yeməyində yol verilən geniş yayılmış səhvlər həzm sisteminə mənfi təsir göstərə bilər.
“Səhər yeməyini bağırsaqlar üçün bir növ start siqnalı kimi qəbul etmək lazımdır. Günün ilk qidası həzm sürətini və bağırsaq mikroflorasının fəaliyyətini müəyyən edir”, – deyə Rozario Liqresti vurğulayıb.
Mütəxəssis səhər yeməyini buraxmamağı, rasiona zülal və liflə zəngin qidalar daxil etməyi tövsiyə edib. Onun sözlərinə görə, zülal və lif bağırsaq sağlamlığı üçün ideal kombinasiyadır.
Diyetoloq Nikola Ladla-Reyn isə qeyd edib ki, kivi meyvəsini qabığı ilə birlikdə yemək onun faydasını artırır, çünki bu zaman lifin miqdarı daha yüksək olur.
Mənbə: https://sonxeber.az/386927/zibil-qabina-atdigimiz-sefa-kivini-qabigi-ile-yemeyin-faydalari



