Zelenski: “Torpaqlarımızdan əl çəkməyəcəyik”

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin torpaq bütövlüyündən əl çəkməyəcəyini açıqlayıb və “Torpaqlarımızla bağlı mövqeyim dəyişməyib” deyib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Zelenskiy Litvanın paytaxtı Vilnüsdə səfərdə olarkən Polşa Prezidenti Karol Nawrocki və Litva Prezidenti Gitanas Nauseda ilə birgə mətbuat konfransı keçirib. O, ABŞ tərəfi ilə işlədikləri Ukrayna üçün təhlükəsizlik zəmanətləri sənədinin imzalanmağa hazır olduğunu bildirib:
“Sənəd 100% hazırdır və müttəfiqlərimizin onu imzalamaq üçün tarix və yer üzərində razılığa gəlməsini gözləyirik. Sonra sənəd ABŞ Konqresinə və Ukrayna Parlamentinə təsdiq üçün təqdim olunacaq,” – deyə o vurğulayıb.
Zelenski həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxdıAbu Dabidə aparılan müzakirələrdə Rusiya, Ukrayna və ABŞ arasında aparılan danışıqları da şərh edib. ABŞ-ın təklif etdiyi 20 maddəlik sülh planının görüşlərdə müzakirə olunduğunu qeyd edən prezident bildirib:
“Çox sayda çətin məsələ var idi və onların sayı indi azalıb. Ukrayna öz torpaqlarını qorumaq üçün mübarizə aparır. Torpaqlarımızla bağlı mövqeyim dəyişməyib”.
Zelenskinin açıqlamaları Ukraynanın torpaq bütövlüyünə sadiqliyini bir daha göstərib.
Mənbə: https://sonxeber.az/386225/zelenski-torpaqlarimizdan-el-cekmeyeceyik



