Dunyada
Zelenski: “ABŞ Ukraynanın bərpasına 700-800 milyard dollar ayıra bilər”

“Ukraynanın bərpası ilə bağlı ABŞ tərəfindən 700-800 milyard dollarlıq vəsaitin ayrılması müzakirə olunur”.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.
O qeyd edib ki, tərəflər sülh planınıan bir hissəsi olaraq 2040-cı ilə qədər Ukraynanın bərpası üçün yol xəritəsi üzərində işləyirlər.
“Biz bərpa üçün 700-800 milyard dollar gözləyirik. Daha böyük məbləğ üçün strategiya var, amma hələlik bu barədə ətraflı danışmaq istəmirəm”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bu planları həyata keçirmək üçün ABŞ ilə birgə bir neçə fondun yaradılması müzakirə olunur.



