Zaqatalada QƏZA: Xəsarət alanlar var - Admenasi
Hadise

Zaqatalada QƏZA: Xəsarət alanlar var

Zaqatalada Yeni ilin ilk günü yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, günorta saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunda 1986-cı il təvəllüdlü Vahab Ziyəddin oğlu Mahmudovun idarə etdiyi “Changan” və Nadir Nəriman oğlu Mustafayevin sükanı arxasında olduğu VAZ-2106 markalı minik maşınları toqquşub.

VAZ-2106 markalı avtomobilin sürücüsü və sərnişin xəsarət alıblar.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: https://sonxeber.az/384251/zaqatalada-qeza-xesaret-alanlar-var

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button