Zəlzələdə itkin düşən bacısının məzarını tapdı, illər sonra dəfn etdi – VİDEO

Kahramanmaraş mərkəzli 6 fevral zəlzələləri zamanı Hatayda ailə üzvlərini itirən Ayten Tuncer aylardır axtardığı bacısı Nesrin Tuncerin məzarını taparaq onu ailəsi ilə birlikdə dəfn edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Antakya rayonunun Akevler məhəlləsində yerləşən Melis Apartmanında baş verən dağıntı nəticəsində Yüksel və Nizaməddin Tuncer həyatını itirib. Ailənin 40 yaşlı qızı Nesrin Tuncerin isə uzun müddət cansız bədəninə rast gəlinməyib.
Ayten Tuncerin müraciətləri və aparılan araşdırmalar nəticəsində Nesrin Tuncerin məzarının Defne rayonunun Toygarlı məhəlləsində yerləşən “Kimsəsizlər qəbiristanlığı”nda olduğu müəyyən edilib. DNA araşdırmaları və qəbir açılması prosedurundan sonra mərhumun nəşi Antakya Asri qəbiristanlığına, valideynlərinin yanına köçürülüb.
Bacısını dəfn etdikdən sonra danışan Ayten Tuncer bildirib ki, artıq bacısını ziyarət edib dua edə biləcəyi bir məzarın olması onun üçün böyük təsəllidir. O, axtarış prosesində dəstək olan dövlət qurumlarına təşəkkür edib və oxşar taleyi yaşayan ailələrin də yaxınlarını tapmasını arzulayıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385988/zelzelede-itkin-dusen-bacisinin-mezarini-tapdi-iller-sonra-defn-etdi-video



