Zəhərli xərçəng yeyən blogger iki gün sonra həyatını itirdi – VİDEO

Filippinli yemək bloqeri Emma Amit sosial şəbəkə hesabında zəhərli olduğu bilinən bir xərçəng növünü yediyi videonu paylaşdıqdan iki gün sonra həyatını itirib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Filippində yaşayan Emma Amit izləyiciləri üçün hazırladığı məzmun zamanı həyatının ən böyük səhvini edib. O, Palavandakı evinin yaxınlığında ovladığı və el arasında “şeytan xərçəngi” adlandırılan zəhərli xərçəngləri bişirib yeyib və onunla birlikdə yeyən dostu da həyatını itirib.
Fevralın 4-də paylaşdığı son videoda Amit Puerto-Prinsesa yaxınlığındakı sahildə ilbiz və müxtəlif qabıqlı dəniz məhsulları toplayarkən görüntülənib. Kadrlarda onun zəhərli xərçəngləri də yığaraq qazanda bişirib yediyi anlar ətraflı şəkildə əks olunub.
Hadisədən sonra hüquq-mühafizə orqanlarının bloqerin evində apardığı araşdırma zamanı yeddi ədəd xərçəng qabığı aşkar edilib. Xərçəngi onunla birlikdə yeyən bir nəfərin də zəhərlənərək öldüyü bildirilib.
Yerli icma rəhbəri Laddi Gemang bildirib ki, bloqer yeməkdən qısa müddət sonra huşunu itirib və xəstəxanaya aparıldıqdan sonra fevralın 6-da vəfat edib. O, sakinləri xəbərdar edərək deyib: “Bu şeytan xərçəngini yeməyin, ölümcüldür. Bir neçə saat ərzində insanı öldürəcək qədər təhlükəlidir.”
Hind-Sakit okean bölgəsində geniş yayılan bu xərçəng növü güclü neyrotoksin daşıyır və qəbul edildikdə mərkəzi sinir sistemini iflic edir. Filippində ən zəhərli xərçəng hesab olunan bu növün törətdiyi zəhərlənmə hallarının təxminən yarısı ölümlə nəticələnir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387683/zeherli-xerceng-yeyen-blogger-iki-gun-sonra-heyatini-itirdi-video
Mənbə: https://sonxeber.az/387683/zeherli-xerceng-yeyen-blogger-iki-gun-sonra-heyatini-itirdi-video



