Yük maşını ilə pişiyi vuraraq ağır yaralayan sürücü saxlanılıb - VİDEO - Admenasi
Hadise

Yük maşını ilə pişiyi vuraraq ağır yaralayan sürücü saxlanılıb – VİDEO

Adanada yük maşını ilə bir pişiyi vuraraq ağır yaralayan sürücü saxlanılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə yanvarın 21-də Seyhan rayonunun Döşeme məhəlləsində baş verib. A.T.-nin idarə etdiyi yük maşını küçədə olan iki pişikdən birinin üzərindən keçib və sürücü hadisə yerindən uzaqlaşıb. Həmin anlar yaxınlıqdakı obyektin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Yaralı pişiyi isə hadisədən 4 gün sonra Merve Taşgıt (28) aşkar edib. O, heyvanı dərhal baytarlıq klinikasına aparıb. Müayinələr zamanı pişiyin ayağında sınıq olduğu, quyruğunun funksiyasını itirdiyi və ümumi vəziyyətinin ağır olduğu bildirilib.

Məlumat əsasında araşdırmaya başlayan Seyhan Rayon Polis İdarəsinin əməkdaşları şübhəlinin kimliyini müəyyən edərək onu saxlayıblar. İfadəsində A.T. özünü heyvansevər adlandıraraq, pişikləri görmədiyini və qəsdən üzərlərinə sürmədiyini deyib. Daha sonra məhkəməyə çıxarılan şəxs barəsində istintaq müddətində azadlıqda qalmaq şərti ilə məhkəmə nəzarəti tədbiri seçilib və 1 ay heyvan sığınacağında işləmək cəzası verilib.

Yaralı pişiyi taparaq xəstəxanaya aparan Merve Taşgıt bildirib ki, heyvanı əvvəllər də özü qidalandırırmış. Onun sözlərinə görə, hadisədən əvvəl bir neçə gün pişiyi görməyib: “Bir gün işə gələndə pişik ağlaya-ağlaya yanıma gəldi. Ayağının sındığını gördüm və dərhal klinikaya apardım. Vəziyyəti ağırdır, müalicəsi və əməliyyatları davam edir”.

Taşgıt sürücünün pişiyi qəsdən vurduğunu iddia edərək təhlükəsizlik kamerası görüntülərini izlədikdən sonra dərin sarsıntı keçirdiyini deyib. O bildirib ki, sürücü düz yolda hərəkət edərkən manevr edərək pişiklərin üzərinə yönəlib: “Bu, açıq şəkildə qəddar hərəkətdir. Pişiklər Allahın səssiz bəndələridir. Əgər pişik ölsə, çox üzülərəm. Bu gün heyvana bunu edən sabah insana da edə bilər. Onun layiqli cəza almasını istəyirəm”.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386415/yuk-masini-ile-pisiyi-vuraraq-agir-yaralayan-surucu-saxlanilib-video

Mənbə: https://sonxeber.az/386415/yuk-masini-ile-pisiyi-vuraraq-agir-yaralayan-surucu-saxlanilib-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button