Yorğunluq şikayəti ilə həkimə getdi, milyonda bir görülən xəstəliyi olduğunu öyrəndi - VİDEO - Admenasi
Hadise

Yorğunluq şikayəti ilə həkimə getdi, milyonda bir görülən xəstəliyi olduğunu öyrəndi – VİDEO

Kahramanmaraşda nəfəs darlığı və tez yorulma şikayətləri ilə xəstəxanaya müraciət edən 22 yaşlı Seher Danabaşın ürəyində ciddi anadangəlmə problemlər aşkarlanıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Sütçü İmam Sağlamlıq Tətbiq və Araşdırma Xəstəxanasında aparılan müayinələr zamanı gənc qadının ürəyində biri 4 santimetr olmaqla iki dəlik olduğu müəyyən edilib.

Ürək-damar cərrahı dosent Mehmet Kirişci tərəfindən qapalı üsulla həyata keçirilən ilk əməliyyat zamanı ürəkdəki dəliklər uğurla bağlanıb. Lakin əməliyyatdan sonra oksigen səviyyəsinin düşməsi əlavə müayinələrə səbəb olub. Araşdırmalar nəticəsində ürəkdə təmiz və çirkli qanın bir-birinə qarışdığı nadir bir anomaliya aşkar edilib.

Bunun üzərinə Seher Danabaş ikinci dəfə açıq ürək əməliyyatına alınıb. Əməliyyat nəticəsində qan axını normal vəziyyətə qaytarılıb və xəstənin bütün göstəriciləri normallaşıb.

Həkimlər bildiriblər ki, bu hal tibbi ədəbiyyatda milyonda bir rast gəlinən çox nadir bir vəziyyətdir. Hazırda Seher Danabaşın səhhəti qənaətbəxş qiymətləndirilir.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385675/yorgunluq-sikayeti-ile-hekime-getdi-milyonda-bir-gorulen-xesteliyi-oldugunu-oyrendi-video

Mənbə: https://sonxeber.az/385675/yorgunluq-sikayeti-ile-hekime-getdi-milyonda-bir-gorulen-xesteliyi-oldugunu-oyrendi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button