Yolda qarşısını kəsdiklərinə görə 2 nəfəri öldürdü: “Qürur duyuram” – VİDEO

Türkiyənin Niğde vilayətində yol-nəqliyyat hadisəsi səbəbindən iki tərəf arasında yaranan mübahisə qanlı insidentlə nəticələnib. Hadisə zamanı Hamza C. silahla atəş açaraq iki nəfərin ölümünə, bir nəfərin isə ağır yaralanmasına səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, tərəflər arasında mübahisə yol üstündə baş verən hadisədən sonra başlayıb. Mübahisə qısa zamanda davaya çevrilib və Hamza C. üzərində olan silahdan atəş açıb. Nəticədə iki nəfər hadisə yerində həyatını itirib, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra qaçan şübhəli şəxs Aksaray vilayətində saxlanılıb. Saxlanılarkən verdiyi ifadə isə böyük rezonans doğurub. Hamza C. bildirib: “Qarşıma keçməyə çalışdı. Qarşıma çıxanı vuraram. Açıq-aşkar vurdum. Peşmanammı? Yox, qürur duyuram”.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387423/yolda-qarsisini-kesdiklerine-gore-2-neferi-oldurdu-qurur-duyuram-video
Mənbə: https://sonxeber.az/387423/yolda-qarsisini-kesdiklerine-gore-2-neferi-oldurdu-qurur-duyuram-video



