Yol kənarında yatan iti əzdi, arxasına baxmadan getdi - Admenasi
Hadise

Yol kənarında yatan iti əzdi, arxasına baxmadan getdi

Türkiyənin İzmir vilayətinin Seferihisar rayonunda yük maşının yol kənarında yatan itin üzərindən keçərək dayanmadığı və yoluna davam etdiyi anlar böyük ictimai narazılıq yaradıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, 14 ildir sahibinin yanında olan itin ölümü ev heyvanının sahibini dərindən sarsıdıb. Uzun illər dostluq etdiyi itini itirən şəxs göz yaşlarını saxlaya bilməyib.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub. Faktla bağlı araşdırma aparılır, sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunması tələb olunur.

Mənbə: https://sonxeber.az/385315/yol-kenarinda-yatan-iti-ezdi-arxasina-baxmadan-getdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button