Yenia ayının hava proqnozu açıqlandı

Milli Hidrometeorologiya Xidmətindən son məlumata görə, gələn ilin yenia ayında havanın orta aylıq temperaturunun iqlim normasına bərabər, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına bərabər, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir və bu da iqlim normasına bərabər olacaq. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına bərabər, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 18-28 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 0-2 dərəcə isti olacağı gözlənilir və bu da iqlim normasına bərabər olacaq. Gecələr havanın temperaturu 5-10 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına bərabər olacağı gözlənilir (norma 14-25 mm).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir və bu da iqlim normasına bərabər olacaq. Gecələr havanın temperaturu 2-7 dərəcə şaxta, bəzi günlərdə 9-14 şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına bərabər olacağı gözlənilir (norma 15-28 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 0-3 dərəcə isti olacağı gözlənilir və bu da iqlim normasına bərabər olacaq. Gecələr havanın temperaturu 2-7 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına bərabər olacağı gözlənilir (norma 24-30 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti olacağı gözlənilir və bu da iqlim normasına bərabər olacaq. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına bərabər, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 10-32 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir və bu da iqlim normasına bərabər olacaq. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, dağlıq ərazilərdə gecə 9-14 dərəcə şaxta, bəzi günlərdə 16-20 dərəcə şaxta, dağlıq ərazilərdə gündüzlər 0-5 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına bərabər, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 22-49 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 3-5 dərəcə isti olacağı gözlənilir və bu da iqlim normasına bərabər olacaq. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına bərabər, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 17-31 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar
Mənbə: https://sonxeber.az/384163/yanvar-ayinin-hava-proqnozu-aciqlandi



