Yediyi alma mühafizə əməkdaşının sonu oldu! - Admenasi
Hadise

Yediyi alma mühafizə əməkdaşının sonu oldu!

Türkiyənin Zonguldak şəhərində evində alma yeyərkən nəfəs borusuna parça qaçan 45 yaşlı mühafizəçi Nazmiye Esen xəstəxanada dünyasını dəyişib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə ötən axşam Karaelmas məhəlləsində baş verib. Ailə və Sosial Xidmətlər İl Müdirliyində təhlükəsizlik işçisi kimi çalışan Nazmiye Esen həyat yoldaşı ilə birlikdə evdə alma yeyərkən qəfil nəfəs borusuna alma parçası düşüb. Nəfəs almaqda çətinlik çəkən Esen üçün həyat yoldaşı dərhal təcili tibbi yardım çağırıb.

Hadisə yerinə gələn təcili yardım briqadasının ilkin müdaxiləsindən sonra Nazmiye Esen Atatürk Dövlət Xəstəxanasına aparılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Alma parçasının nəfəs borusunu tamamilə tutduğu bildirilib.

Mərhumun bu gün Ailə və Sosial Xidmətlər İl Müdirliyinin qarşısında keçiriləcək vida mərasimindən sonra günorta namazından sonra Kozlu rayonunda dəfn ediləcəyi açıqlanıb.

Mənbə: https://sonxeber.az/385240/yediyi-alma-muhafize-emekdasinin-sonu-oldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button