Yaşıdlarını döyərək görüntüləri sosial şəbəkədə yayan azyaşlılar həbs edilib - VİDEO - Admenasi
Hadise

Yaşıdlarını döyərək görüntüləri sosial şəbəkədə yayan azyaşlılar həbs edilib – VİDEO

Maltepedə bir yaşıdlarını döyərək görüntüləri sosial şəbəkədə yayan azyaşlılar həbs edilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə ötən gün gündüz saatlarında İstanbulun Maltepe rayonunda baş verib. İddiaya görə, yaşları 18-dən kiçik olan bir qrup aralarında yaranmış mübahisə səbəbilə bir gənci “sözlü xəbərdarlıq” adı ilə yanlarına çağırıb. Bu zaman hadisəni telefonla çəkən şəxslər zərərçəkmişə qəfil sillə vuraraq onu təhqir ediblər.

Görüntülərin sosial şəbəkələrdə yayılması geniş ictimai narazılığa səbəb olub. Araşdırmalardan sonra yaşı 18-dən az olan A.T.K., B.D., U.E., Y.Y. və B.U. saxlanılıb. Onlar “qəsdən sağlamlığa zərər vurma”, “təhqir”, “şəxsi azadlıqdan məhrum etmə” və “hədələmə” maddələri ilə məsuliyyətə cəlb olunublar.

Məhkəməyə çıxarılan şübhəli M.P. ilə yanaşı, suça sürüklənmiş uşaqlar barəsində də həbs qətimkan tədbiri seçilib. Onlar “qəsdən xəsarət yetirmə”, “bir neçə nəfərlə birlikdə şəxsi azadlıqdan məhrum etmə” və “təhqir” ittihamları ilə istintaq müddətində həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndəriliblər.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386968/yasidlarini-doyerek-goruntuleri-sosial-sebekede-yayan-azyaslilar-hebs-edilib-video

Mənbə: https://sonxeber.az/386968/yasidlarini-doyerek-goruntuleri-sosial-sebekede-yayan-azyaslilar-hebs-edilib-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button