Yasda yedikləri plovdan zəhərləndilər: 39 nəfər xəstəxanaya yerləşdirildi - VİDEO - Admenasi
Hadise

Yasda yedikləri plovdan zəhərləndilər: 39 nəfər xəstəxanaya yerləşdirildi – VİDEO

İstanbulun Arnavutköy rayonunda bir evdə təşkil olunan yas mərasimində təqdim edilən toyuqlu plovdan zəhərlənmə şübhəsi ilə 39 nəfər xəstəxanaya yerləşdirilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə axşam saatlarında Anadolu məhəlləsi, Ufukhan küçəsində yerləşən evdə baş verib. Qida zəhərlənməsi ilə bağlı daxil olan məlumat əsasında əraziyə polis əməkdaşları cəlb olunub. Hüquq-mühafizə orqanları məvlitin keçirildiyi mənzilin sahibi, 45 yaşlı Zekeriya Y. ilə görüşüblər.

Ev sahibinin verdiyi məlumata görə, saat 15:00 radələrində təşkil olunan yas yeməyi zamanı eyni evdə toyuq və plov bişirilərək qonaqlara təqdim edilib. Yemək üçün istifadə olunan 20 kiloqram toyuq əti iki fərqli şəbəkə marketindən alınıb. Axşam saatlarında həmin yeməyi yeyən bəzi qonaqlarda qusma və halsızlıq əlamətləri müşahidə olunub.

Zəhərlənən şəxslərdən bəziləri öz imkanları ilə xəstəxanaya müraciət edib, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Həyati təhlükəsi olmayan və vəziyyətləri stabil qiymətləndirilən 39 nəfərin üç ayrı xəstəxanada müalicəsinin davam etdiyi bildirilir.

Qida zəhərlənməsinə səbəb olduğu ehtimal edilən toyuq ətinin alındığı iki marketdən Rayon Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı İdarəsi vasitəsilə nümunələrin götürüləcəyi qeyd olunub.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386213/yasda-yedikleri-plovdan-zeherlendiler-39-nefer-xestexanaya-yerlesdirildi-video

Mənbə: https://sonxeber.az/386213/yasda-yedikleri-plovdan-zeherlendiler-39-nefer-xestexanaya-yerlesdirildi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button