Yaralı qızıl şahin xilas etdi

Van vilayətinin Erciş rayonunda yol kənarında qar üzərində tapılan yaralı qızıl şahin Doğa Qoruma və Milli Parklar Şöbə Müdirliyinin əməkdaşlarına təhvil verilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, rayon mərkəzində market işlədən Nurullah Albayrak gecə saatlarında işçilərini evlərinə apararkən yol kənarında qarın üzərində qızıl şahini görüb. O, quşu götürərək marketin içində qapalı bir məkanda saxlayıb və isinməsini təmin edib. Albayrak qızıl şahin üçün yemək və su da verib.
Səhər saatlarında quşu yenidən təbiətə buraxmaq istəyən Nurullah Albayrak şahinin uça bilmədiyini və qanadından xəsarət aldığının fərqinə varıb. Bundan sonra o, Doğa Qoruma və Milli Parklar Şöbə Müdirliyinin əməkdaşları ilə əlaqə saxlayaraq vəziyyət barədə məlumat verib.
Hadisə yerinə gələn mütəxəssislər tərəfindən təhvil alınan yaralı qızıl şahin müalicə olunması üçün Doğa Qoruma və Milli Parklar Şöbə Müdirliyinə aparılıb. Quşun müalicəsi başa çatdıqdan sonra yenidən təbiətə buraxılacağı bildirilib.
Mənbə: https://sonxeber.az/384560/yarali-qizil-sahin-xilas-etdi



