Dunyada
Yaponiyada “çılpaq festival”da altı nəfər xəsarət alıb

Yaponiyanın Okayama prefekturasında keçirilən ənənəvi “çılpaq festival” zamanı baş verən sıxlıq nəticəsində azı altı nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçü ağır vəziyyətdədir.
Oxu.Az xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb.
Mənbə: https://sonxeber.az/388476/yaponiyada-cilpaq-festivalda-alti-nefer-xesaret-alib



