Sosial
Yanvarın 28-i axşamdan 29-u gündüzədək qar yağacaq – XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraitinin yanvarın 28-i axşamdan 29-u gündüzədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Sonxeber.az xəbər verir ki, milli hidrometeorologiya xidməti sarı xəbərdarlıq yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi ehtimalı var, gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.
Mənbə: https://sonxeber.az/386367/sabah-guclu-kulek-esecek-qar-yagacaq-xeberdarliq



