Sosial
Xırdalanda 1 yaşlı körpə öldü – Yenilənib

Sonxeber.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün Xırdalan şəhəri Abşeron Gənclər şəhərciyində qeydə alınıb.
2025-ci il təvəllüdlü Arif Osmanzadənin inkişafdan qaldığı üçün öldüyü bildirilir.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 14-ü saat 07:50 radələrində Abşeron rayonu, Xırdalan şəhərindən təcili çağırış qeydə alınıb: “Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2025-ci il təvvəllüdlü körpənin (oğlan) həkiməqədər ölüm faktı qeydə alınıb”.
Mənbə: https://sonxeber.az/385306/xirdalanda-1-yasli-korpe-oldu-yenilenib



