Xanım məmur yüksək vəzifəyə təyin edildi - Admenasi
Sosial

Xanım məmur yüksək vəzifəyə təyin edildi

Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı İlham İsmayılov bir neçə ildir boş qalan I müavin postuna təyinat aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Esmira Hidayətova məlumat yayıb.

O bildirib ki, bu vəzifəyə şəhərdə tanınmış şəxslərdən olan Məhluqə Cavadova təyin olunub.

Xatırladaq ki, M.Cavadova bu təyinadək başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2014-cü ildən bu vəzifəni icra edirdi. Yeni struktur dəyişikliyi nəticəsində həmin vəzifə ləğv edilib.

Onu da qeyd edək ki, daha əvvəl M.Cavadovanın Mingəçevirdə klinika sahibi olmasına dair məlumatlar yayılıb.

Mənbə: https://sonxeber.az/387059/xanim-memur-yuksek-vezifeye-teyin-edildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button