Xəzər rayonunda əməliyyat: Üç nəfər SAXLANILDI

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiblər.
BİP.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı qeyd edilən cinayət əməli törətməkdə şübhəli bilinən paytaxt sakinləri – 33 yaşlı Haqverdi Əhmədli, 35 yaşlı Mahir Əhmədov və qardaşı 26 yaşlı Elxan Əhmədov saxlanılıb. Onlardan ümumilikdə 10 kiloqram 896 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb.
Saxlanılanların narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdikləri məlum olub.
Qeyd etmək olar ki, Oxu.Az xəbər məcmuəsinin məlumatına əsasən, saxlanılanlardan Mahir və Elxan Əhmədovlar qardaşdır, Haqverdi Əhmədli isə onların əmisi oğludur.
Faktla bağlı cinayət işi begunub, araşdırma aparılır.
Mənbə: https://sonxeber.az/388334/xezer-rayonunda-emeliyyat-iki-qardas-ve-emisi-oglu-saxlanildi



