Xəstəxanada 2 günlük körpələrinin ölüm xəbərini aldılar – VİDEO

Kayserinin Kocasinan rayonunda 2 günlük körpənin ölümü ilə bağlı araşdırma aparılır.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Yeşil məhəlləsi Boncuklu küçəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. Ailə yeni doğulmuş 2 günlük körpənin hərəkət etmədiyini fərq edərək təşviş içində onu xəstəxanaya çatdırıb. Lakin həkimlərin ilkin müayinəsi zamanı körpənin artıq vəfat etdiyi müəyyən olunub.
Hadisədən sonra polis əməkdaşları evdə araşdırma aparıblar. Körpənin meyiti müayinə üçün xəstəxananın morquna təhvil verilib. Ölüm səbəbinin aparılacaq məhkəmə-tibbi ekspertiza – otopsiyadan sonra dəqiqləşəcəyi bildirilib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386323/xestexanada-2-gunluk-korpelerinin-olum-xeberini-aldilar-video
Mənbə: https://sonxeber.az/386323/xestexanada-2-gunluk-korpelerinin-olum-xeberini-aldilar-video



