VII Ağıl Oyunları Festivalına Yekun Vuruldu

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “VII Ağıl Oyunları Festivalı” layihəsinin final mərhələsinə yekun vurulub.
Final mərhələsini giriş sözü ilə açan Xəzər İntellektual Gənclər Klubunun sədri Azad Manaflı, intellektual oyunların gənclərin asudə vaxtının səmərəli təşkilində və their inkişafında önəmli rolunu vurğulayıb. Azad Manaflı belə yarışların ənənə halını almağının vacibliyindən danışıb və bu il anadilli intellekt hərəkatının 25 illik yubiley ili olduğu üçün bu tip intellektual yarışlar bu il daha çox təşkil ediləcəkdir.
Final oyununa seçim turlarında ən yaxşı nəticə göstərən 40 tələbədən ibarət 20 komanda vəsiqə qazanıb. Final mərhələsi ali təhsil ocaqlarından olan komandalar üçün maraqlı və gərgin intellekt mübarizəsi ilə yadda qalıb.
Turnirdə Elmidar Süleymansoyun baş redaktorluğu ilə tərtib edilmiş suallardan ibarət sual paketi oynanılıb. Üç turdan ibarət olan yarışın qalibi “6 Angry Mens” komandası və müvafiq olaraq II və III yerə isə “Veritas” və “Hiphoprat” komandaları yiyələnib. Qaliblər kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Mənbə: https://sonxeber.az/388364/vii-agil-oyunlari-festivalina-yekun-vuruldu



