Videonu izləməlisiniz! Qarşısında Həmzat Çimayevi görən döyüşçü qorxudan görün nə hala düşdü - VİDEO - Admenasi
Hadise

Videonu izləməlisiniz! Qarşısında Həmzat Çimayevi görən döyüşçü qorxudan görün nə hala düşdü – VİDEO

Dünyaca məşhur MMA döyüşçüsü Həmzat Çimayevin iştirak etdiyi insident sosial mediada geniş müzakirələrə səbəb olub.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, yayılan görüntülərdə Çimayevin komanda yoldaşına hücum edən başqa bir döyüşçüyə müdaxilə etdiyi anlar əks olunub. Çimayevi qarşısında görən döyüşçünün bir anda sakitləşməsi izləyicilərin diqqətindən yayınmayıb. Sosial şəbəkə istifadəçiləri həmin anları “süd tökmüş pişik kimi oldu” ifadəsi ilə şərh ediblər.

Videonun davamında isə Çimayev hadisə yerindən uzaqlaşdıqdan sonra eyni şəxsin yenidən qışqırmağa başladığı və hücuma cəhd etdiyi görünür.

Qısa müddətdə minlərlə bəyənmə və rəy toplayan görüntülərlə bağlı paylaşımlarda istifadəçilərin əksəriyyəti Çimayevin varlığının qarşı tərəfə psixoloji təsir göstərdiyini vurğulayıb. Onun soyuqqanlı davranışı bir çoxları tərəfindən liderlik nümunəsi kimi qiymətləndirilib, digər döyüşçünün hərəkətləri isə tənqid olunub.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386573/videonu-izlemelisiniz-qarsisinda-hemzat-cimayevi-goren-doyuscu-qorxudan-gorun-ne-hala-dusdu-video

Mənbə: https://sonxeber.az/386573/videonu-izlemelisiniz-qarsisinda-hemzat-cimayevi-goren-doyuscu-qorxudan-gorun-ne-hala-dusdu-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button