Vəhşi filin hücumuna məruz qalan turist faciəli şəkildə həyatını itirdi - Admenasi
Hadise

Vəhşi filin hücumuna məruz qalan turist faciəli şəkildə həyatını itirdi

Taylandın Khao Yai Milli Parkında səhər saatlarında baş verən faciəli hadisə nəticəsində 65 yaşlı turist vəhşi filin hücumu zamanı həyatını itirib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, yerlı hakimiyyət orqanlarının verdiyi məlumata görə, turist səhər gəzintisi edərkən qəfil olaraq vəhşi filin hücumuna məruz qalıb.

Hadisə yerinə cəlb olunan xilasedicilərin bütün səylərinə baxmayaraq, turistin həyatını xilas etmək mümkün olmayıb.Rəsmilər bildiriblər ki, hücumu həyata keçirən fil erkək olub və onun daha əvvəl də iki nəfərin ölümünə səbəb olduğu müəyyən edilib. Hadisədən sonra park ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib, ziyarətçilərə isə müəyyən marşrutlardan kənara çıxmamaq barədə ciddi xəbərdarlıq edilib.

Qeyd edək ki, Khao Yai Milli Parkı Taylandın ən məşhur turizm məkanlarından biri hesab olunur və burada vəhşi heyvanlarla bağlı risklər səbəbindən turistlər üçün xüsusi təhlükəsizlik qaydaları tətbiq edilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Mənbə: https://sonxeber.az/386893/vehsi-filin-hucumuna-meruz-qalan-turist-facieli-sekilde-heyatini-itirdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button