Uşaqların sosial şəbəkəyə sərbəst girişinə qadağa qoyulması ilə bağlı dinləmənin keçirilməsi təklif olunub - Admenasi
Sosial

Uşaqların sosial şəbəkəyə sərbəst girişinə qadağa qoyulması ilə bağlı dinləmənin keçirilməsi təklif olunub

Azərbaycanda uşaqların sosial şəbəkəyə sərbəst girişinə qadağa qoyulması ilə bağlı dinləmənin keçirilməsi təklif olunub.

Sonxeber.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova komitənin bugünkü iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda uşaqların sosial şəbəkəyə rahat çıxışı narahatlıq doğurur:

“Bu, bir çox ölkələrdə uşaqlara qadağan edilib. Bəzi ölkələrdə uşaqların hansı filmləri izləyib-izləyəməcəyi də tənzimlənib. Ancaq Azərbaycanda bu cür məsələlər tənzimlənməyib. Bununla bağlı dinləmə keçirmək, aidiyyəti qurumları dəvət edərək müzakirə aparmaq olar”.

Mənbə: https://sonxeber.az/386396/usaqlarin-sosial-sebekeye-serbest-girisine-qadaga-qoyulmasi-ile-bagli-dinlemenin-kecirilmesi-teklif-olunub

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button