Uşaqlara peyvənd vurub-vurmamaq məsələsi

Uşaqlara peyvəndlərin vurulub-vurulmaması məsələsi həmişə valideynlər tərəfindən müzakirə olunub. Lakin son zamanlar, azyaşlı uşaqların peyvənddən sonra öldüyü iddiaları yayılmıbdır.
Həkim-pediatr Şəlalə Poluxova bu məsələ barədə açıqlama verdi:
“Peyvəndin birbaşa ölümə səbəb olduğunu deyib deyəmək tibbi baxımdan doğru deyil. Vaksinlər uzun illərdir ki, dünya praktikasında təbiq olunur. Onların təhlükəsizliyi Ümumdünya Səhiyyə Təşkilatı və CDC kimi mühüm beynəlxalq qurumlar tərəfindən davamlı şəkildə monitorinq edilir. Peyvənddən sonra anafilaktik şoklara nadir hallarda rast gəlinir.
Peyvənddən əvvəl uşağın ümumi sağlamlıq vəziyyəti pediatr tərəfindən qiymətləndirilməlidir. Əvvəllər peyvənd olunubsa, ona qarşı reaksiyaları, anafileksiya ilə bağlı suallar valideynlərdən soruşula bilərlər. Bəzi hallarda orta və ya ağır-kəskin xəstəlik zamanı peyvəndi təxirə salmaq olar, lakin sadəcə əvvəllərin vurulmuş doza qarşı yüngül reaksiyalar olduqda, həkim vaksinin tarixini dəyişə bilər.
Peyvənddən əvvəl bəzi suallara cavab tapmaq lazımdır. Uşağın ümumi sağlamlıq vəziyyəti qiymətləndirilməlidir, aktiv xəstəlik varsa, onu sağaltmalı, daha sonra vaksin etməli. Anada, yaxud ailədə allergik reaksiyalar varsa, araşdırılmalıdır. Bundan əlavə, peyvəndin vurulma yaşı standartlara uyğun aparılmalıdır.
Valideynlərə tövsiyə edirik ki, yalnız rəsmi tibbi məlumatlara əsaslansınlar. Çünki vaksinlər yoluxucu xəstəlikərin, onların ağır fəsadlarının alınmasında yeganə və effektiv vasitələrdən biridir”.
Mənbə: https://sonxeber.az/388537/hansi-usaqlara-peyvend-vurmaq-olmaz-pediatr-aciqladi



