Dunyada
Ukrayna və Rusiya Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında lokal atəşkəs barədə razılığa gəliblər.

Ukraina və Rusiya Zaporojye Atom Elektrik Stansiyasının (AES) yaxınlığında lokal atəşkəs barədə razılığa gəliblər. Bu, AES yaxınlığındakı elektrik ötürücü xətlərində təmir işlərinə başlamağa imkan verib.
Rusiya və Ukrayna lokal atəşkəs barədə razılığa gəldiklərini Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin bəyanatında göstərilib.
Hərbi münaqişə zamanı nüvə qəzasının qarşısını almaq üçün davam edən səylər çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin komandası təmir işlərinə nəzarət edəcək.
Zaporojye Atom Elektrik Stansiyasının həmin illin martından bəri Rusiya ordusunun nəzarəti altında olduğu bilinir.



