Türkiyənin MİT rəhbəri HƏMAS üzvləri ilə görüşüb - Admenasi
Dunyada

Türkiyənin MİT rəhbəri HƏMAS üzvləri ilə görüşüb

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsini Siyasi Büro üzvü Xəlil əl-Heyanın rəhbərlik etdiyi HƏMAS hərəkatının nümayəndə heyəti ilə müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Tərəflər Qəzza zolağının tənzimlənməsində Türkiyənin vasitəçiliyini, Misirin Fələstin anklavı ilə sərhədindəki Rəfah keçid məntəqəsinin açmasını və Fələstin Qəzza İdarəetmə Komitəsinin fəaliyyəti ilə bağlı məsələlərini müzakirə ediblər.

Bundan əlavə, HƏMAS nümayəndə heyəti Qəzzada sülhün əldə olunmasında Türkiyənin göstərdiyi səylərə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürlərini ifadə ediblər.

Mənbə: https://sonxeber.az/386139/turkiyenin-mit-rehberi-hemas-uzvleri-ile-gorusub

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button