Türkiyədə pişik üçün təşkil edilən qısırlaşdırma mərasimi sünnət toyu kimi qeyd edildi

Türkiyədə “Duman” adlı pişik üçün təşkil edilən qısırlaşdırma mərasimi sosial mediada geniş müzakirələrə səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ev heyvanlarına olan sevgini fərqli bir səviyyəyə daşıyan bu qeyri-adi təşkilat özünəməxsus konsepti ilə istifadəçilərin diqqətini çəkib.
Pişiyin sahibi qısırlaşdırma əməliyyatı öncəsi sünnət mərasimini xatırladan xüsusi dəvətnamə hazırlayaraq tanışlarını tədbirə dəvət edib. Paylaşılan dəvətnamədə Dumanın ənənəvi sünnət geyimlərini xatırladan kostyumda təsvir olunduğu görünür. Dəvətnamədə “Oğlumuz Dumanın qısırlaşdırma mərasiminə sizi də aramızda görməkdən məmnun olarıq” ifadələri yer alıb.
Dəvətnamədə mərasimin tarixi, saatı və keçiriləcəyi baytarlıq klinikasının ünvanı da qeyd edilib. Qısa zamanda sosial şəbəkələrdə yayılan bu paylaşım həm təbəssümlə qarşılanıb, həm də müxtəlif fikirlərin yaranmasına səbəb olub.
Bəzi istifadəçilər konsepti yaradıcı və əyləncəli hesab etsə də, digərləri tənqidi münasibət bildirib. Şərhlər arasında “Kirvəsi kim olacaq?”, “Dəlixanada adi bir gün”, “Ölkə yanır, bunlar pişik qısırlaşdırır”, “İnsanın baytar altına gəlməsi gəlir” kimi zarafat və ironiya dolu paylaşımlar yer alıb.
Mənbə: https://sonxeber.az/384127/duman-adli-pisiyin-qisirlasdirma-merasimini-sunnet-toyu-kimi-qeyd-etdiler



