Tunceli vilayətində maskalı bir şəxs avtomobildən enən şəxsləri güllələyib - VİDEO - Admenasi
Hadise

Tunceli vilayətində maskalı bir şəxs avtomobildən enən şəxsləri güllələyib – VİDEO

Türkiyənin Tunceli vilayətinin Atatürk məhəlləsində maskalı bir şəxs qorxu yayıb. O, nömrə nişanı hələ müəyyən edilməyən avtomobildən enən şəxslərə silahlı hücum edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Tunceli mərkəzində baş verən insidentdə üzündə qar maskası olan şəxs, silahlı hücum edib və bir neçə güllə atıb. Hadisə zamanı güllələrin bir avtomobilə dəydiyi bildirilib.

Hadisə ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub. Qaçan şəxsin saxlanılması üçün genişmiqyaslı axtarış tədbirlərinə başlanılıb.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385816/qar-maskasi-taxib-onune-geleni-gulleledi-video

Mənbə: https://sonxeber.az/385816/qar-maskasi-taxib-onune-geleni-gulleledi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button