Dunyada
Trampdan şok açıklama: “Müdaxilə etməsəydim, Prezidentiniz həyatını itirdi”

ABŞ-nin prezidenti Donald Tramp Konqresdə etdiyi “Birliyin Vəziyyəti” müraciəti zamanı Hindistanla Pakistan arasında yaşanan gərginliyə toxunaraq diqqət çəkən açıklamalar verib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bildirdi ki, prosesə şəxsən müdaxilə edib və onun müdaxiləsi olmasaydı, Pakistanın Prezidenti həyatını itirə bilərdi. O, həmçinin iki nüvə dövləti – Hindistan və Pakistan arasında mümkün nüvə qarşıdurması riskinə diqqət çəkərək, milyonlarla insanın həyatının xilas edildiyini iddia edib.
Prezidentin bu sözləri beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub və sosial şəbəkələrdə müxtəlif reaksiyalarla qarşılanıb.
Mənbə: https://sonxeber.az/388684/trampdan-sok-aciqlama-mudaxile-etmeseydim-bas-naziriniz-olerdi



