Trampdan GÖZLƏNİLMƏZ QƏRAR: 10% İDXAL RÜSUMU QÜVVƏYƏ MINİR - Admenasi
Dunyada

Trampdan GÖZLƏNİLMƏZ QƏRAR: 10% İDXAL RÜSUMU QÜVVƏYƏ MINİR

ABŞ Prezidenti Donald Tramp bütün ölkələrdən idxal edilən mallara 10% rüsumun tətbiqini nəzərdə tutan fərman imzaladığını bəyan edib.

Oxu.Az-ın xəbərinə görə, ağ evdəki prezident bu barədə “Truth Social” səhifəsində paylaşım edib.

Ağ Ev rəhbərinin sözlərinə görə, o, Oval kabinetdə bütün ölkələr barəsində 10% qlobal rüsum tətbiq edən fərman imzalayıb və bu, dərhal qüvvəyə minəcək.

Bəyanata əsasən, ABŞ-də idxala əlavə 10%-lik rüsum fevralın 24-dən qüvvəyə minəcək və 150 gün müddətində qüvvədə qalacaq.

Həmçinin qeyd edilir ki, əlavə rüsum müəyyən vacib mineralların, enerjidaşıyıcıların, təbii sərvətlərin, ölkə ərazisində istehsal olunmayan gübrələrin, bəzi kənd təsərrüfatı məhsullarının, əczaçılıq məhsullarının, bəzi elektronika növlərinin, avtomobillərin və digər nəqliyyat növlərinin, eləcə də aerokosmik sənayedə istifadə olunan məhsulların idxalına şamil edilməyəcək. Bundan əlavə, ABŞ-yə milli təhlükəsizlik məhsullarlarının idxalı, eləcə də ABŞ-Meksika-Kanada üçtərəfli ticarət sazişində (USMCA) idxalı nəzərdə tutulan malların idxalı əlavə rüsumdan azad olunub.

Eyni zamanda Ağ Evin saytında fevralın 20-də dərc edilmiş bəyanata əsasən, ABŞ həmçinin Ali Məhkəmənin müvafiq qərarından sonra bəzi gömrük rüsumlarını da ləğv edib.

Buradan aydın olur ki, fövqəladə vəziyyət haqqında qanun adı altında tətbiq edilən rüsumlara xitam verilir. Söhbət xüsusilə ABŞ tərəfindən 2025-ci ilin aprel ayında 185 ölkə və ərazidən məhsullara tətbiq edilən rüsumlardan gedir. Bundan əlavə, qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı ilə mübarizə bəhanəsi ilə Çin, Meksika və Kanadaya, eləcə də Venesueladan neft və ya qaz alan ölkələrə tətbiq edilən rüsumlar da ləğv edilir. Eyni zamanda ABŞ-nin 2025-ci ilin avqust ayında Rusiya neftinin alınması ilə əlaqədar Hindistana əlavə 25% rüsum tətbiq etdiyi sərəncam qüvvədən düşüb. Rüsumlar fevralın 7-də ləğv edilib. Həmçinin ABŞ-nin Kubaya neft tədarük edən ölkələrə, eləcə də İrandan mal və məhsullar idxal edən ölkələrə rüsum tətbiq etməsinə imkan verən sərəncamlar da ləğv edilib.

Sənəddə qeyd edilir ki, müvafiq sərəncamlar bundan sonra qüvvədə olmamalıdır, onların nəzərdə tutduğu rüsumlar isə mümkün qədər tez ləğv edilməlidir.

Mənbə: https://sonxeber.az/388336/trampdan-gozlenilmez-qerar-yeni-qiymetler-quvveye-minir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button