Tramp-Zelenski görüşü uğursuz nəticələrə gətirib - Admenasi
Xeberler

Tramp-Zelenski görüşü uğursuz nəticələrə gətirib

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında keçirilən görüş Zelenski üçün uğursuz nəticələnib. BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, dünənki danışıqların əsas nəticəsi Ukrayna hakimiyyəti və Avropanın Trampı Zelenskinin 20 maddəlik planını yeni sülh təklifi kimi qəbul etməyə inandırmaq cəhdinin uğursuzluğa düçar olması olub.

Bildirilir ki, bu planın irəli sürülməsi halında Rusiya Prezidenti Vladimir Putin onu mütləq şəkildə rədd edəcək və ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi tələbi gündəmə gələ bilər.

Qeyd olunur ki, Donald Tramp Kiyevin ərazi güzəştlərinə getməsində israrını davam etdirir. Amerika lideri ərazi məsələsinin referendum yolu ilə həll olunması ehtimalını da rədd edir və bunun üçün Ukrayna parlamentinin müvafiq qərarının kifayət etdiyini bildirir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button