Tramp: "Venesueladakı əməliyyatdan sonra Kubanın başına nə gələcəyini heç kim bilmir" - Admenasi
Dunyada

Tramp: “Venesueladakı əməliyyatdan sonra Kubanın başına nə gələcəyini heç kim bilmir”

“ABŞ-nin Venesueladakı xüsusi əməliyyatından sonra Kubanın başına məhz nəyin gələcəyini heç kim bilə bilməz”.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə neft hasil edən nəhəng şirkətlərin top menecerləri ilə görüşü zamanı deyib.

“Kuba pis vəziyyətdədir. Kuba neft və pul baxımından Venesuelaya güvənirdi, heç kim, əslində, bilmir ki, indi Kubanın başına nə gələcək. Onların işləri olduqca pis gedir”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, Venesueladan fərqli olaraq, Kubanın öz nefti və ya digər enerji ehtiyatları yoxdur.

Mənbə: https://sonxeber.az/384952/tramp-venesueladaki-emeliyyatdan-sonra-kubanin-basina-ne-geleceyini-hec-kim-bilmir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button