Tramp saxlanılan Maduronun İLK FOTOSUNU YAYDI – FOTO

ABŞ prezidenti Donald Tramp Nikolas Maduronun həbsindən sonra ilk fotosunu yayıb.
Musavat.com xəbər verir ki, fotoda Maduronun gözləri qara lentlə bağldır.
Tramp bildirib ki, foto Maduro “Iwo Jima” adlı ABŞ gəmisində olarkən çəkilib.
Musavat.com xəbər verir ki, Tramp paylaşımında Maduronun və həyat yoldaşı Silia Floresin ABŞ xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində saxlanıldığını və hazırda Amerika nəzarətində olduğunu bildirib. Onun sözlərinə görə, Maduro ABŞ-da ağır cinayət ittihamları üzrə məhkəmə qarşısına çıxarılmaq üçün Nyu-Yorka aparılır.
Tramp Maduronu “narkoterror şəbəkəsinin rəhbəri” adlandıraraq, onun illərdir narkotik qaçaqmalçılığı, silahlı qruplaşmaların maliyyələşdirilməsi və beynəlxalq cinayət şəbəkələri ilə əlaqədə ittiham olunduğunu vurğulayıb.
Bu paylaşım Venesuelada və beynəlxalq aləmdə şok effekti yaradıb.
Mənbə: https://sonxeber.az/384413/tramp-saxlanilan-maduronun-ilk-fotosunu-yaydi-foto



