Tramp: "Maduronun ələ keçirilməsini televiziya şousu kimi izlədim" - Admenasi
Dunyada

Tramp: “Maduronun ələ keçirilməsini televiziya şousu kimi izlədim”

ABŞ Prezidenti Donald Tramp Nikolas Maduro və həyat yoldaşının gecə saatlarında keçirilən əməliyyatla ələ keçirilməsini “sanki bir televiziya şousuna baxırmış kimi” izlədiyini deyib.

Milli.Az xəbər verir ki, “Əgər o sürəti, o şiddəti görsəydiniz… Bu, heyrətamiz bir şey idi”, – deyə Tramp əməliyyatın texniki icrasından heyranlığını ifadə edib.

O, əməliyyatı həyata keçirən hərbi və kəşfiyyat komandasını “inanılmaz bir iş” gördüklərinə görə yüksək qiymətləndirib.

Trampın bu sözləri əməliyyatın yüksək texnologiyalı kameralar və pilotsuz uçuş aparatları vasitəsilə Ağ Evə canlı yayımlandığına işarə edir.

Mənbə: https://sonxeber.az/384424/tramp-maduronun-ele-kecirilmesini-televiziya-sousu-kimi-izledim

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button