Dunyada
Tramp: “İranla razılaşsaq, yaxşı olar, razılaşa bilməsək, pis hadisələr baş verəcək”

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən İranla bağlı açıqlamalar verib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Trampın sözlərinə görə hazırda İran istiqamətində hərəkət edən böyük ABŞ gəmiləri var və Vaşinqtonla Tehran arasında danışıqlar davam edir. “Hazırda İranla görüşlərimiz gedir. Görək, bunun nəticəsi necə olacaq”, – deyə o qeyd edib.
ABŞ Prezidenti vurğulayıb ki, İranla razılaşmanın əldə olunmasını istərdi: “İranla bir razılaşmaya gəlmək istərdim. Hazırda danışırıq. Əgər razılaşa bilsək, bu çox yaxşı olar. Əgər razılaşa bilməsək, yəqin ki, pis şeylər baş verəcək”.



