Tramp: "İranın yanında böyük donanmamız var, anlaşma etmək istəyirlər" - Admenasi
Dunyada

Tramp: “İranın yanında böyük donanmamız var, anlaşma etmək istəyirlər”

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti açıqlamasını verib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Tramp daha əvvəl İran istiqamətində hərəkət etdiyini bildirdiyi donanma barədə danışaraq bildirib ki, ABŞ-nin İranın yaxınlığında böyük hərbi donanması yerləşdirilib.

ABŞ prezidenti qeyd edib ki, sözügedən donanma Venesuela yaxınlığında olan hərbi qüvvələrdən daha böyükdür. Trampın sözlərinə görə, İran tərəfi ABŞ-lə anlaşma əldə etmək niyyətindədir və bu məqsədlə dəfələrlə əlaqə saxlayıb.

“Onlar anlaşma etmək istəyirlər. Bunu bilirəm. Bir çox dəfə zəng ediblər, danışmaq istəyirlər”, – deyə Donald Tramp vurğulayıb.

Digər tərəfdən, yayılan məlumatlara əsasən, İranın mövcud vəziyyətlə əlaqədar hərbi qüvvələrini təyyakuz vəziyyətinə gətirdiyi bildirilir. Hadisələr bölgədə gərginliyin artmaqda davam etdiyini göstərir.

Mənbə: https://sonxeber.az/386332/tramp-iranin-yaninda-boyuk-donanmamiz-var-anlasma-etmek-isteyirler

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button