Tramp: "Cəmi bir həftə ərzində Venesuelanı tamamilə dəyişdik" - Admenasi
Dunyada

Tramp: “Cəmi bir həftə ərzində Venesuelanı tamamilə dəyişdik”

“Artıq Venesuelaya ABŞ nəzarət edir. Maduro ABŞ-yə və dünyaya qarşı cinayətlərinə görə məsuliyyət daşıyır”.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp deyib.

“Biz Maduronu ABŞ-yə və dünyaya qarşı cinayətlərinə görə həbs etdik. İndi Venesuelanı biz idarə edirik. Cəmi bir həftə ərzində bu ölkəni tamamilə dəyişdik”, – deyə ABŞ lideri bildirib.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar.

ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamı ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.

Mənbə: https://sonxeber.az/385534/tramp-cemi-bir-hefte-erzinde-venesuelani-tamamile-deyisdik

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button