Tramp bu dəfə Kubanı hədəf aldı: Açıq-aşkar hədələdi - Admenasi
Dunyada

Tramp bu dəfə Kubanı hədəf aldı: Açıq-aşkar hədələdi

ABŞ Prezidenti Donald Tramp Latın Amerikası ölkələrinə yönəlik sərt bəyanatlarını davam etdirir. Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən ələ keçirilməsindən sonra bölgədəki gərginlik daha da artıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu dəfə Kubaya qarşı kəskin ifadələr işlədib. O bildirib ki, ABŞ-nin Kubaya təzyiq imkanları demək olar ki, tükənib və bundan sonrakı mərhələ yalnız hərbi müdaxilə ola bilər.

“Düşünürəm ki, oraya girib hər şeyi darmadağın etməkdən başqa daha güclü təzyiq yolu qalmayıb. Onların bütün can damarı Venesuela idi. Həyatlarının hamısı Venesueladan asılı idi. Nefti də, pulu da oradan alırdılar”, – deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, Havana hakimiyyəti ciddi böhran içindədir və ölkə çökmə həddinə çox yaxınlaşıb.

“Kuba hələ tamamilə çökməyib, amma öz daxili dinamikaları ilə buna olduqca yaxınlaşdıqlarını düşünürəm”, – deyə Tramp əlavə edib.

Trampın bu açıqlamaları beynəlxalq ictimaiyyətdə narahatlıqla qarşılanır. Ekspertlər hesab edirlər ki, bu cür sərt ritorika Latın Amerikasında gərginliyin daha da artmasına səbəb ola bilər.

Mənbə: https://sonxeber.az/384820/tramp-bu-defe-kubani-hedef-aldi-aciq-askar-hedeledi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button