Toyuqlarına yem verməyə gedən 65 yaşlı qadın ölü tapıldı – VİDEO

Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda 65 yaşlı Nurseven Memiş yaşadığı evdən təxminən 200 metr aralıda yerləşən bağçasında ölü halda tapılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Körfəz rayonunun Hacı Osman məhəlləsi, Morlale küçəsində baş verib. Hər gün olduğu kimi, Nurseven Memiş də toyuqlarını yemləmək məqsədilə evinə yaxın bağçasına gedib. Bir müddət sonra ətraf sakinlər yaşlı qadının yerdə hərəkətsiz uzandığını görərək dərhal 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər.
Hadisə yerinə gələn təcili tibbi yardım və polis əməkdaşları ilkin baxış zamanı Nurseven Memişin həyatını itirdiyini müəyyən ediblər. Polis ərazidə təhlükəsizlik tədbirləri görərək genişmiqyaslı araşdırmaya başlayıb.
Anasının ölüm xəbərini alan oğlu dərhal hadisə yerinə gəlib. Oğulun anasının cansız bədəni başında diz çökərək çarəsiz halda gözləməsi ətrafdakı vətəndaşların kameralarına düşüb. Bu ürəkdağlayan anlar məhəllə sakinlərini dərindən sarsıdıb.
Araşdırmalardan sonra Nurseven Memişin cənazəsi Körfəz Bələdiyyəsinə məxsus avtomobillə İlimtepe Körfəz Qəbiristanlıqlarının morquna aparılıb. Yaşlı qadının dəqiq ölüm səbəbi aparılacaq tibbi ekspertizadan sonra məlum olacaq.
Hadisə ilə bağlı polis tərəfindən başladılan istintaq davam etdirilir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/384675/toyuqlarina-yem-vermeye-geden-65-yasli-qadin-olu-tapildi-video
Mənbə: https://sonxeber.az/384675/toyuqlarina-yem-vermeye-geden-65-yasli-qadin-olu-tapildi-video



