Tövbə edən Şeyma Subaşı: özümü və gələcəyimi dəyişdirəcəm

Oxu.Az xəbər verdiyinə görə, Türkiyəyə qayıdarkən saxlanılan və test nəticələri müsbət çıxan Şeyma Subaşı tövbə etdiyini açıqladı.
O, qadağan olunmuş maddələrdən istifadə etdiyini etiraf edən bir paylaşım etdi. Paylaşımda peşmançılığını dilə gətirdi və tövbə etdiyini qeyd etdi: “Mən tövbə edirəm. Özüm və gələcəyimlə bağlı qərarlar verdiyim bir dövrdə deyiləm. Bundan sonra yoluma səssizcə, dürüst şəkildə və hörmətlə davam etməyi seçirəm”.
Xatırladaq ki, ABŞ-dən qayıdarkən hava limanında saxlanılan Şeyma Subaşı İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində qan və saç nümunələrini təqdim etdi. Narkotik testinin nəticəsi müsbət çıxıb.
Qeyd edək ki, Şeyma Subaşı nəticələr açıqlanmadan əvvəl də narkotikdən istifadə etdiyini etiraf etmişdi.
Mənbə: https://sonxeber.az/384974/narkotik-testi-musbet-cixan-seyma-subasi-tovbe-etdiyini-aciqladi



