“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la oyunda (1:6) qapımıza penalti təyin olunan zaman Toral Bayramovun gülməsi ilə bağlı danışıb.
Gündəmizə xəbər verib ki, o bu barədə fikirlərini UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la cavab görüşündən əvvəl keçirilən mətbuat konfransında bildirmişdir.
Çalışdırıcı bu barədə belə deyib: “Ola bilər ki, o epizoda kimi hansısa söhbət aparırdılar, gülməli vəziyyət yaranmışdı. Bəli, fikirlərimi bildirdim. Kimə hansı qayadada iradlarımızı bildirmək lazım olsaydı, yaxşı səviyyədə bildirmişəm” .
Q.Qurbanov həmçinin futbolçusu Sami Mmaenin əvəzedici heyətə göndərilməsi ilə bağlı suala da cavablandırıb: “İdman-intizam qaydalarını pozmuşdu, ona görə əvəzedici heyətə göndərdik. Bəzi detalları açıqlamağa ehtiyac yoxdur. Futbol karyeramızda belə hallar çox olub. Belə halla ən az rastlaşan bizim klubdur”.