TikTok məşhurlarına qarşı Elnarə Abdullayeva müdahilə edəndir

Elnarə Abdullayeva TikTok məşhurlarının efirə çıxmağını qətiyyətlə qınayıb. Göstərilən məlumata görə, məşhur xanəndə son zamanlar bayağı müğənnilərin efirlərə belə rahat çıxmasına təəssüfləndiyini bildirib.
Müğənni, “bizim o vaxtlar keçirtdiyimiz həyəcanlar heç kimin başına gəlməsin” – deyə öz əziyyətlərinə heyifsiləndiyini vurğulayıb:
“TikTok məşhurları ilə mənim işim yoxdur, heç vaxt ad da çəkmərəm. Amma mən onları bu efirlərdə görəndən sonra elə bil bütün əziyyətlərimə, çəkdiyim zülmlərə, hansı ki əzabla efirə çıxmışıq ha ona o qədər heyfsləndim və televiziyalar gözümdən düşdü. Bu səhnədə əyləşməkdən ötrü dəridən, qabıqdan çıxdıq, zülmlər çəkdik, ansambllarla səhər-axşam dayanmadan məşqlər etdik, verilişlərə kamançalarla filan gəlməli idik. Səhər saat 8-də Azərbaycan Milli Televiziyamızda proqram başlayırdı. Biz neçə saat əvvəldən oyanmalı, hazırlaşmalı idik, səsimiz normasına düşməli idi və hansı tonallıqda oxumalı idik ki, biz orada özümüzü qəbul etdirə bilək. Bizim o vaxtlar keçirtdiyimiz həyəcanlar heç kimin başına gəlməsin. İndikilər necə rahat efirə çıxır, necə rahat əyləşirlər. Mən keçən səfər də dedim ki, efirə çıxmaq məsuliyyətdir, şərəfdir, sənətdir, mədəniyyətdir. Burada hər insanın əyləşməyi düzgün deyil”.
Mənbə: https://sonxeber.az/388266/tiktok-meshurlari-efire-buraxilmasin-elnare-abdullayeva



