Tez-tez itirdiyi toyuqları üçün maraqlı üsul tapdı – VİDEO

Bir vətəndaş tez-tez itən toyuqlarını qorumaq üçün qeyri-adi üsula əl atıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, toyuqlarının izini tapa bilmədiyini deyən şəxs, heyvanların boynuna reflektor taxaraq problemi həll etməyə çalışıb.
Tətbiq edilən üsuldan sonra işıq salındıqda reflektorların parladığı və toyuqların qaranlıqda asanlıqla seçildiyi görülüb. Bildirilib ki, bu üsuldan sonra toyuqlar artıq itməyib.
Maraqlı həll yolunun görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılıb. İstifadəçilər üsulu həm yaradıcı, həm də praktik adlandırıblar.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386346/tez-tez-itirdiyi-toyuqlari-ucun-maraqli-usul-tapdi-video
Mənbə: https://sonxeber.az/386346/tez-tez-itirdiyi-toyuqlari-ucun-maraqli-usul-tapdi-video



