Tehranda yenicə partlayışlar baş verdi - Admenasi
Sosial

Tehranda yenicə partlayışlar baş verdi

ABŞ və İsrail Tehranın şərq, qərb, cənub rayonlarına yenidən zərbələr endirib. Bu barədə ISNA agentliyi məlumat yayıb.

Məlumata görə, hücumlar sübh azanı ilə eyni vaxtda baş verib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneini hücumlar zamanı öldürüldüyü təsdiqlənib. Yerli medianın məlumatlarına görə, partlayışlar şəhərin şərq rayonlarında qeydə alınıb. Həmçinin, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. “Aslanın nərəsi” adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb.

Mənbə: https://sonxeber.az/389144/tehranda-yeni-partlayislar-oldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button