Tarkanın tərli dəsmalını alan fanatının xoşbəxtliyi yerə-göyə sığmadı – VIDEO

İstanbulda 19 yanvardan etibarən konsert proqramı ilə səhnəyə çıxan Meqastar Tarkan, Volkswagen Arenada baş tutan son çıxışında bir pərəstişkarına verdiyi sözü yerinə yetirib. Konsert zamanı göz-gözə gəldiyi fanatına işarə ilə “Sənə atacağam” mesajını verən sənətçi, mahnının sonunda tərini sildiyi dəsmalı birbaşa ona tərəf atıb. Həmin anlar sosial şəbəkələrdə böyük maraq doğurub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sənətçinin bir fanatı ilə yaşadığı “dəsmal dialoqu” sosial medianın ən çox müzakirə olunan mövzularındandır.
Çıxış zamanı ön sırada dayanan bir pərəstişkarı ilə baxışan Tarkan, performansını dayandırmadan ona dəsmalını verəcəyinə dair işarə edib. Şounun sonrakı dəqiqələrdə isə tərini sildiyi qara dəsmalı onlarla insanın arasından məhz söz verdiyi fanata tərəf atıb. Bu jest həm sənətçinin səmimiyyəti, həm də pərəstişkarları ilə qurduğu yaxın münasibətin nümunəsi kimi alqışlanıb.
Həmin anları mobil telefonla lentə alan şanslı fanat yaşadığı həyəcanı sosial şəbəkədə “Manifest etmişdim, onun mənə gələcəyini bilirdim” qeydi ilə paylaşıb. Kadrlarda Tarkanın fanatına “OK” işarəsi etməsi və dəsmalı atdığı anların coşqusu aydın görünür. Konsertdən sonra sənətçi ilə xatirə fotosu da çəkdirən pərəstişkar sevincini “Xoşbəxt sonlar bir kadra sığar” sözləri ilə ifadə edib.
Yanvarın 19-da start götürən konsert seriyası ilə İstanbulda əsl Tarkan ab-havası yaşanır. Meqastar həm yeni albomundan mahnılar, həm də illərin hitləri ilə səhnəyə çıxaraq tamaşaçılara unudulmaz gecələr bəxş edir. Enerjisi və səhnə şouları ilə sənətçi pərəstişkarlarına “Kral geri döndü” dedirir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386808/tarkanin-terli-desmalini-alan-fanatinin-xosbextliyi-yere-goye-sigmadi-video



